Badminton üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib | |
Azərbaycan Badminton Federasiyası (ABF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2009-ci il və daha kiçik təvəllüdlü idmançılar arasında paytaxt birinciliyinə yekun vurulub. ABF-dən bildiriblər ki, yarışda 25 oğlan və 16 qız birincilik uğrunda mübarizə aparıb. Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib. Oğlanların şəxsi yarışında Murad İbrahimli, qızlar arasında isə Əminə İsmayılova birinci olublar. Oğlanların qoşa yarışlarında Murad İbrahimli-Əmirxan İmanov, qızlarda Zəhra Rüstəmova-Əminə İsmayılova cütlüyü fərqləniblər. Qarışıq-qoşa yarışlarda isə Murad İbrahimli-Nəzrin Mehrəlizadə cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar. |
|
Xəbər 1148 dəfə oxundu. |
|
|