“Avro-2020” futbol çempionatı biletlərinin satışına 2019-cu il iyunun 12-də start veriləcək | |
2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarına bilet almaq arzusunda olanların müraciəti üçün qeydiyyat saytı fəaliyyətə başlayıb. Azsport.az saytı UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, biletlərin satışına 2019-cu il iyunun 12-də başlanılacaq. Müraciətlərin qəbulunun müddəti 2019-cu il iyunun 12-dən iyulun 12-dək davam edəcək. Futbol həvəskarlarının arzusu püşkatma yolu ilə yerinə yetiriləcək. Bununla yanaşı, bilet əldə etmək hüququ müraciətin verilmə tarixindən asılı olmayacaq. Müraciətlərin baxılmasına avqustun sonunadək yekun vurulacaq. |
|
Xəbər 897 dəfə oxundu. |
|
|