“Gəncə Open-2018” şahmat turniri start götürüb
Gəncə Şahmat Məktəbində Məhsəti Gəncəvinin xatirəsinə həsr olunmuş “Gəncə Open 2018” respublika şahmat turniri start götürüb.

Turnirin açılış mərasimində Gəncə Şahmat Məktəbinin direktoru, Əməkdar bədən tərbiyəsi və idman xadimi Asif Həsənov və Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova çıxış edərək Məhsəti Gəncəvinin həyat və yaradıcılığından, həmçinin ölkəmizdə şahmatın inkişafından danışıblar.

Sonra yarışlara start verilib. Bir həftə davam edəcək turnirdə dörd şəhər və rayondan 48 şahmatçı mübarizə aparır.

Xəbər 1090 dəfə oxundu.