“Qəbələ” komandası futbol üzrə Azərbaycan kubokunun yarımfinalına yüksəlib | |
Dekabrın 20-də futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin üçüncü görüşündə “Sabah” və “Qəbələ” klubları arasında cavab qarşılaşması keçirilib. “Əlincə Arena”da oynanılan görüşdə qəbələlilər minimal hesabla qalib gəliblər - 0:1. Oyunda yeganə qolu 80-ci dəqiqədə Ceyms Adeniyi vurub. “Qəbələ” komandası doğma meydandakı ilk görüşdə də 2:0 hesabı ilə qalib gəldiyindən iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib. Yarımfinal mərhələsinin sonuncu – dördüncü iştirakçısı “Keşlə” – “Qarabağ” görüşündən sonra müəyyənləşəcək. Komandalar arasındakı ilk matçda Ağdam təmsilçisi minimal hesabla qalib gəlib. Xatırladaq ki, dörddəbir final mərhələsinin dekabrın 19-da keçirilmiş iki cavab görüşünün nəticəsində “Zirə” və “Sumqayıt” komandaları yarımfinala vəsiqə qazanıblar. |
|
Xəbər 748 dəfə oxundu. |
|
|