Forum iştirakçıları ilə Naxçıvan gəncləri arasında futzal üzrə yoldaşlıq görüşü keçirilib | |
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun iştirakçıları olan gənclər ilə Naxçıvan gəncləri arasında futzal üzrə yoldaşlıq görüşü olub. Oyunun ilk hissəsi naxçıvanlı gənclərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə isə Türk Şurası gəncləri hesab arasındakı fərqi minimuma endirməyi bacarıblar. Lakin sonradan rəqibin daha üç dəfə fərqlənməsinə mane ola bilməyiblər. Görüş Naxçıvan gənclərinin 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Sonda qonaqlar oyunun iştirakçıları ilə xatirə şəkli çəkdiriblər. |
|
Xəbər 771 dəfə oxundu. |
|
|