BOK başçısı MOKA-nın rəhbəri Şeyx Əhmədin vəzifəsindən getməsini xahiş edib | |
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax hazırda Milli Olimpiya Komitələri Assosiasiyasının rəhbəri vəzifəsini tutan Küveyt şeyxi Əhməd əl-Fəhad əl-Sabahdan həmin vəzifəni tərk etməsini xahiş edib. Azsport.az saytı xəbər verir ki, Tomas Bax alternativsiz əsasda MOKA başçısı vəzifəsinə yenidən seçilməli olan Şeyx Əhmədə şəxsən müraciət edib. Amma Əhməd əl-Fəhad əl-Sabah Tomas Baxın təklifi ilə razılaşmaq niyyətində deyil. Şeyx bu qərarında MOKA-nın və Asiya Olimpiya Şurasının (bu Şuranın prezidenti Şeyx Əhməd özüdür) dəstəyinə bel bağlayır. Bu məsələ noyabrın 26-da BOK-un İcraiyyə Komitəsinin telekonfransında müzakirə ediləcək. Qeyd edək ki, hazırda Milli Olimpiya Komitələri Assosiasiyasında BOK tərəfindən tanınmış 206 milli olimpiya komitəsi birləşir. Assosiasiyaya 2012-ci ildən Əhməd əl-Fəhad əl-Sabah rəhbərlik edir.Noyabrın 28-də Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) baş assambleyasında bu qurumun rəhbəri vəzifəsinə yenidən seçkilər keçiriləcək. |
|
Xəbər 883 dəfə oxundu. |
|
|