Gənc şpaqaçılarımız Dünya Kubokunda çıxışlarını başa vurublar | |
Azərbaycan qılıncoynadanlarının Latviyanın paytaxtı Riqada keçirilən gənclər arasında Dünya Kuboku yarışında çıxışları başa çatıb. Ruslan Həsənov qrupda keçirdiyi altı görüşün dördündə qalib gələrək qrup mərhələsini uğurla adlayıb. O, pley-offda ABŞ idmançısı Adrien Zein Sandlerə 9:15 hesabı ilə uduzub. Təmsilçimiz yekun sıralamada 233 idmançı arasında 88-ci olub. Fərrux Səfərov isə qrupda keçirdiyi altı qarşılaşmanın ikisində qələbə qazansa da, pley-offa yüksələ bilməyib. Barat Quliyev qrupda bir görüşdə qələbə qazanmağa nail olub. Xalid Əliyev bütün görüşlərdə məğlub olaraq mübarizəni erkən dayandırıb. Kişilərdən ibarət şpaqa üzrə komandamız gənclər arasında komanda yarışında 1/32 finalda Estoniyaya 29:45 hesabı ilə uduzub. |
|
Xəbər 860 dəfə oxundu. |
|
|