Samboçumuz dünya çempionatında gümüş medal qazanıb | |
Rumıniyanın paytaxtı Buxarestdə sambo üzrə dünya çempionatı davam edir. Çempionatda 80-dən çox ölkədən samboçular iştirak edirlər. Sambonun 80 illiyi ərəfəsində keçirilən çempionatın ilk günündə 68 kiloqram çəki dərəcəsində çıxış edən Emin Həsənov gümüş medal qazanıb. Mundialda ölkəmizi 7 samboçu təmsil edir. Çempionatda nümayəndə heyətimizin tərkibində Azərbaycan Sambo Federasiyasının prezidenti, Avropa Sambo Federasiyasının vitse-prezidenti Ceyhun Məmmədov, Azərbaycan Sambo Federasiyasının vitse-prezidenti Cavid Səbzəliyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak edirlər. Dünya çempionatı həm də ikinci Avropa Oyunlarina lisenziya xalları verir. |
|
Xəbər 1232 dəfə oxundu. |
|
|