Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında iştirak edəcək | |
Noyabrın 8-də İspaniyanın Marbella şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. İclasa AOK-un İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə də qatılacaq. Tədbir çərçivəsində AOK-un prezidenti Janez Koçijançiç və baş katib Rafael Paqnozzi hesabat məruzələri ilə çıxış edəcəklər. |
|
Xəbər 1491 dəfə oxundu. |
|
|