Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons Bakıya gələcək
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsons noyabrın 13-də Bakıya gələcək.

Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, E.Parsons bir sıra tədbirlərlə yanaşı, IV Uşaq Paralimpiya İdman Oyunlarının rəsmi açılış mərasimində də iştirak edəcək.

Səfərə noyabrın 16-da yekun vurulacaq.

Xəbər 752 dəfə oxundu.