Gürcüstanlı cüdoçu: Bakıda qazandığım qızıl medal karyeramda ən böyük uğurumdur
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qazandığım qızıl medal karyeramda ən böyük uğurumdur.

Bu sözləri dünya çempionatında kişilər arasında 100 kiloqramdan yuxarı çəki dərəcəsinin qalibi olan gürcüstanlı cüdoçu Quram Tuşişvili deyib.

Gürcüstanlı cüdoçu bildirib: “Bakıda çempionat çox maraqlı keçir. Milli Gimnastika Arenasında idmançılar üçün hər cür şərait yaradılıb. Ümumiyyətlə, çempionatın təşkilatçılıq səviyyəsi çox yüksəkdir. Mən bu medalı Bakıda qazandığım üçün çox sevinirəm”.

AZƏRTAC

Xəbər 888 dəfə oxundu.