Qadınlar arasında voleybol üzrə dünya çempionatında Azərbaycan yığmasına rəqib komandanın heyəti açıqlanıb
Dünya çempionatının qrup mərhələsində Azərbaycan yığmasının ilk rəqibi olacaq ABŞ-ın qadın voleybolçulardan ibarət yığmasının heyəti açıqlanıb.

ABŞ qadın voleybol yığmasının heyətini təqdim edir: əlaqələndirici – Karli LLoyd, Mişa Henkok; hücumçular – Karsla Lou, Kelli Merfi, Mişel Bartç-Hekli, Kim Hill, Cordan Larson, Sara Uilhayt Parsons; blokçu – Reyçel Adams, Foluke Akinradevo, Tori Dikson, Loren Qibbemayer; libero – Meqan Kortni, Kelsi Robinson.

Xatırladaq ki, Foluke Akinradevo “Telekom”un sabiq oyunçusudur.

Qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək. Yaponiya bu tədbirə beşinci, son 12 ildə isə üçüncü dəfə ev sahibliyi edəcək.

AZƏRTAC


Xəbər 831 dəfə oxundu.