Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq | |
Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq. Bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib. Mərasim Yaponiyanın şimal-şərqində baş verən zəlzələ və sunaminin 9-cu ildönümünə həsr olunacaq. 2011-ci il martın 11-də baş verən təbii fəlakət nəticəsində 19 minə yaxın insan həyatını itirib. Yunanıstanda alovlandırılacaq məşəl sonra Yaponiyaya aparılacaq və burada 2011-ci il faciəsindən ən çox zərər çəkən Fukuşima, İvate və Miyaqi prefekturalarında nümayiş olunacaq. Olimpiya məşəli estafetinin Yaponiyaya mərhələsi Fukuşimada başlayacaq və alov bütün ölkə üzrə 121 gün ərzində səyahət edəcək. |
|
Xəbər 849 dəfə oxundu. |
|
|