Azərbaycanlı alpinistlər Savalan dağının ən yüksək zirvəsində | |
Bir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Savalan dağının ən yüksək zirvəsinə yürüş edib. İran İslam Respublikasının Ərdəbil şəhəri yaxınlığında, dəniz səviyyəsindən 4 min 811 metr yüksəklikdə yerləşən zirvəyə yürüş “Everest” idman klubunun təşəbbüsü ilə reallaşıb. Avqustun 25-də Bakıdan start götürən yürüşə Cənubi Azərbaycandan olan dağçılar da qoşulub. Savalan zirvəsinə yürüş avqustun 27-də uğurla başa çatıb. Zirvəyə çatan alpinistlər orada Azərbaycan bayrağını dalğalandırıblar. Qeyd edək ki, alpinistlər Cümhuriyyətin 100 illiyi münasibətilə Böyük Qafqazın ən yüksək dağ zirvələrindən olan Şahdağ zirvəsinə də yürüş ediblər. |
|
Xəbər 1720 dəfə oxundu. |
|
|