Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsinin üç cavab görüşü oynanılacaq | |
Avqustun 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan üç komandanın adları bəlli olacaq. Mərhələnin ilk günündə üç qarşılaşma oynanılacaq. Hər üç qarşılaşma Bakı ilə vaxtı saat 23:00-da başlayacaq. “Dinamo Kiyev” doğma arenada “Ayaks” klubunu qəbul edəcək. Bu komandalar arasında ilk oyun 3:1 hesabı ilə Hollandiya təmsilçisinin xeyrinə başa çatmışdı. Günün digər oyunu Zaqrebdə keçiriləcək. “Dinamo” klubu İsveçrənin “Yanq Boyz” komandasını qəbul edəcək. İsveçrədə baş tutan ilk oyun heç-heçə başa çatmışdı - 1:1. Macarıstanın “Vidi” klubu Yunanıstan səfərində AEK komandasından ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. İlk görüş yunanların 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Avqustun 29-da play-off mərhələsi çərçivəsində növbəti üç cavab qarşılaşması keçiriləcək: PAOK – “Benfika” (ilk oyun – 1:1) “PSV Eyndhoven” – BATE (3:2) “Zalsburq” – “Çrvena Zvezda” (0:0). Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib gələn komandalar UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqlar. |
|
Xəbər 711 dəfə oxundu. |
|
|