Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Xorvatiya yığmasına qalib gəlib | |
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Sloveniyada hazırlıqları davam etdirir. Komandamız təlim-məşq toplanışı çərçivəsində Xorvatiya millisi ilə yoldaşlıq görüşü keçirib. Faiq Qarayevin yetirmələri rəqibinə hər üç setdə qalib gəliblər - 3:0 (25:14, 25:19, 25:16). Qeyd edək ki, millimiz bu il sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək voleybol üzrə dünya çempionatına hazırlaşır. |
|
Xəbər 811 dəfə oxundu. |
|
|