Azərbaycan nümayəndə heyəti Latviyada Milli Olimpiya komitələrinin forumunda iştirak edəcək | |
İyunun 8-9-da Latviyanın paytaxtı Riqada MDB və Baltikyanı ölkələrin və Gürcüstanın Milli Olimpiya komitələrinin forumu keçiriləcək. Forumda adı çəkilən Milli Olimpiya komitələrinin prezident, vitse-prezident və üzvləri iştirak edəcəklər. Azərbaycan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev ilə təmsil olunacaq. On iki ölkənin Milli Olimpiya komitələrinin 50-yə yaxın nümayəndə heyəti birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazalarının və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Forum Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya həmrəyliyi” proqramı çərçivəsində keçiriləcək. Tədbir çərçivəsində MOK-un baş katibinin müavini Azər Əliyev “MOK Azərbaycanın Olimpiya Gündəliyi-2020 komissiyası üzrə fəaliyyəti və yenilikləri” mövzusunda məruzə ilə çıxış edəcək. Forumun iştirakçıları “Olimpiya hərəkatı”, Olimpiya və Avropa Oyunları, “Olimpiya Gündəliyi-2020”, idmanın təşviqi və digər mövzularda çıxışlar edəcəklər. İki gün davam edəcək tədbirin birinci günündə məruzələr dinləniləcək. İyunun 9-da isə müxtəlif idman obyektləri ilə tanışlıq olacaq. |
|
Xəbər 1293 dəfə oxundu. |
|
|