“Səbail” klubunun yeni baş məşqçisi müəyyənləşib
“Səbail” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Ötən mövsüm Azərbaycan Premyer Liqasını 7-ci pillədə başa vuran “Səbail” Samir Əliyevin gedişindən sonra baş məşqçi postuna Aftandil Hacıyev gətirilib. Milli komandamızın sabiq futbolçusu ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aftandil Hacıyev ötən mövsüm “Qarabağ”ın əvəzedici heyətinin baş məşqçisi olub.

Xəbər 984 dəfə oxundu.