Bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının sonuncu günündə Azərbaycan millisi finalda mübarizə aparacaq
Aprelin 29-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku turnirinin sonuncu gününə fərdi proqramda ayrı-ayrı alətlər üzrə final yarışları ilə start verilib.

Fərdi yarışlarda əvvəlcə halqa və top, ardınca gürzlər və lent ilə hərəkətlərdə ən güclü gimnastlar müəyyənləşəcək.

Daha sonra qrup hərəkətləri yarışlarının finalçıları 5 halqa, 3 top və 2 iplə məharətlərini göstərəcəklər. Qrup yarışlarında Azərbaycan milli komandasının heyətində Ayşən Bayramova, Siyana Vasileva, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Diana Doman mübarizə aparacaqlar. Komandamız halqa ilə yarışlarda meydana 6-cı, toplar və iplərlə mübarizədə isə 8-ci çıxacaq.

Yarışların ilk iki gününün nəticələrinə görə final mərhələsində ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda yarışacaq.

Xəbər 984 dəfə oxundu.