Nenad Kovaçeviç: "Xəzər Lənkəran"a qalib gələ bilərik
"Neftçi"yə məğlubiyyət "Xəzər Lənkəran"la matçda qələbə qazanmağımıza mane olmur”. İdman.com.az saytının məlumatına görə, bu sözü "Bakı"nın yarımmüdafiəçisi Nenad Kovaçeviç deyib.

Legioner futbolçu bu qış heyətinə qoşulduğu komandanın avrokubok şanlarından bəhs edib. Nenad çempionatın “Xəzər Lənkəran”la, kubokun yarımfinal mərhələsinin isə “Qarabağ”la oyunu haqda iddialı danışıb:

"Qarabağ"a gəlincə, bu komandaya iki dəfə uduzsaq da, hər şeyi unutmalıyıq. Əvvəlcə "Xəzər Lənkəran", sonra "Qarabağ"la matçı fikirləşməliyik. Avropa kuboklarında oynamaq şansımız qalmaqdadır".

Xəbər 1099 dəfə oxundu.