Binəqədi rayonunda basketbol birinciliyi keçirilib | |
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə fevralın 28-də 244 №-li tam orta məktəbdə rayon orta ümumtəhsil məktəbləri arasında “Basketbol” (oğlanlar) birinciliyinin final oyunları keçirilib. Yarışın nəticəsinə görə birinci yerə 115 №-li tam orta məktəbin komandası, ikinciyə 244 №-li tam orta məktəbin komandası, üçüncüyə 314 №-li tam orta məktəbin komandası layiq görülüblər. Mükafatlandırma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rafiq Nəsirov çıxış edərək məktəbliləri təbrik edib. Qaliblər İdarə tərəfindən diplom və medallarla təltif olunublar. |
|
Xəbər 941 dəfə oxundu. |
|
|