Azərbaycan millisinin 2 illik həsrəti başa çatır | |
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin 2 illik həsrəti başa çatır. Sonuncu dəfə 2010-cu ildə Böyük Britaniya ilə qarşılaşan yığmamız beynəlxalq turnirdə iştirak edəcək. Belə ki, komandamız Ukraynada təşkil olunacaq beynəlxalq turnirə qatılacaq. Burada millimizin rəqibləri 4 yerli və 1 Belarus komandası olacaq. Yarış aprelin 12-18-də keçiriləcək. Qeyd edək ki, legionerlərimiz yığmanın heyətinə qoşulmayacaqlar. |
|
Xəbər 936 dəfə oxundu. |
|
|