“Neftçi İdman Klubu”nun kikboksçuları respublika turnirində 11 medal qazanıblar | |
Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə respublika turniri keçirilib. Yeniyetmələr və gənclər arasında təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun idmançıları 11 medal (3 qızıl, 4 gümüş, 4 bürünc) qazanıblar. Klubun yetirmələrindən Elmir Alı (31 kq-dan yuxarı), Qalib Hüseynli (42 kq) və İsgəndər Hacıyev (75 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. |
|
Xəbər 1616 dəfə oxundu. |
|
|