Azərbaycan şahmatçıları dünya çempionatında iştirak edirlər | |
İtaliyanın Tarvizio şəhərində 20 yaşadək yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatı keçirilir. İsveçrə sistemi üzrə keçirilən yarışlar 11 turdan ibarətdir. Yeniyetmə oğlanların turnirinə 62 ölkədən 152 şahmatçı, o cümlədən 27 qrossmeyster qatılıb. Azərbaycanı bu yarışlarda Elxan Bayramov təmsil edir. Yeniyetmə qızların turnirində isə 48 ölkədən 90 şahmatçı, o cümlədən 8 qrossmeyster iştirak edir. Azərbaycanın idman şərəfini qrossmeyster Günay Məmmədzadə qoruyur. Çempionatın başa çatmasına iki tur qalmış Elxan Bayramov 4,5 xal, Günay Məmmədzadə isə 5 xal toplayıb. Oğlanların turnirində rusiyalı Kirill Alekseyenko və Norveç şahmatçısı Aryana Tari liderdir. Onların hər ikisi 9 mümkün xaldan 7,5 xal toplayıblar. Yeniyetmə qızlar arasında Qazaxıstan şahmatçısı Jansaya Abdumalik 7,5 xalla liderdir. Cennifer Yu (ABŞ) və Stavrula Solakidunun (Yunanıstan) hesabında 7 xal var. Yarışların həlledici iki turu noyabrın 23-ü və 24-də keçiriləcək. |
|
Xəbər 620 dəfə oxundu. |
|
|