Həlledici oyun üçün polşalı | |
Qadın voleybolçular arasında “Çelenc Cup”ın final mərhələsinin cavab oyununu idarə edəcək hakimlər məlum olub. Avropa Voleybol Konfederasiyası Azərbaycan duelinə – “Lokomotiv” – “Bakı” matçına polşalı Katarzina Sokolu baş hakim təyin edib. Aprelin 1-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq qarşılaşmada Yevgeni Makşanov ikinci referi funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, ilk matçda “Lokomotiv” 3:2 hesabı ilə qalib gəlib. |
|
Xəbər 897 dəfə oxundu. |
|
|