Həndbol üzrə ölkə birinciliyində iki oyun keçirilib | |
Oktyabrın 14-də həndbol üzrə Azərbaycan çempionatında növbəti yarış gününə qadın həndbolçular arasında mübarizə ilə start verilib. Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, “Gənclər Birliyi” komandası ilə qarşılaşan “Azəryol” klubu böyük hesablı qələbə qazanıb – 42:17. “Azərsu” həndbolçuları isə “Qarabağ” kollektivindən 32:22 hesabı ilə üstün olublar. |
|
Xəbər 762 dəfə oxundu. |
|
|