Kaka: Azərbaycan cavab oyununda güclü olacaq
“Biz Rusiya yığması ilə oyunda qələbəyə köklənmişdik. Bunu öz meydanımızda nail olmağı yetərincə inandırıcı sayırdıq”. İdman.com.az saytının məlumatına görə, bu fikri Azərbaycan futzal yığmasının debütantı Kaka deyib. Milliləşdirilən braziliyalı oyunçu yığmamızın heyətində ilk matçında yaxşı tanıdığı Rusiya ilə görüşərək, 1 qol vurub, 1 məhsuldar ötürmə edib. Ancaq buna baxmayaraq, yığmamız ev oyununu 2:3 hesabı ilə uduzub.

Rusiyalı həmpkarlaramız yığmamızla onlara ən çox tanış olan, 6 il çempionatlarında oynayaraq, bir sıra mükafatlar qazanan Kakanın fikrini öyrəniblər. Matçdan sonra köhnə komanda yoldaşları ilə isti görüşən 35 yaşlı oyunçu nəticəyə görə üzülüb:

“Hərçənd Rusiya yığması yaxında Avropa çempionatında vitse-çempion olub. Mənim nöqteyi-nəzərimdən, onlar son çempion İspaniya yığmasından da zəif deyil. Ancaq elə alındı ki, biz 2 yox, hər 3 buraxdığımız qolun əvəzini çıxa bilərdik. Yalnız təəssüflənmək qalır ki, bərabərliyə nail ola bilmədik. Ancaq biz öldürülməmişik, hələ sağıq və baxar görək ki, Tümendəki cavab oyununda kim güclü olacaq. Uğura şansımız əvvəlki tək var”.

Xəbər 1284 dəfə oxundu.