Azərbaycan Premyer Liqası: “Qarabağ” komandası “Sumqayıt”a 4:1 hesabı ilə qalib gəlib | |
Bu gün Azərbaycan Premyer Liqasının altıncı turuna start verilib. Tofiq Bəhramov adına stadionda keçirilən “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının yeddinci dəqiqəsində hesabı qonaqları açıb. Topu Ağdam komandasının qapısından Bəxtiyar Həsənlizadə keçirib. Görüşün ilk hissə bu hesabla başa çatıb. Matçın 56-cı dəqiqəsində Pedro Enrike hesabı bərabərləşdirib. Təşəbbüsü ələ alan “Qarabağ” görüşün 62-ci dəqiqəsində Riçard Almeydanın penaltidən vurduğu qolla hesabda irəli çıxıb - 2:1. Bundan üç dəqiqə sonra Mahir Mədətov hesab arasındakı fərqi iki topa çatdırıb 3:1. Oyunun 73-cü dəqiqəsində M.Mədətov dubla imza atıb - 4:1. Bu oyunda vurulan sonuncu qol olub. Qeyd edək ki, görüşün 88-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Miçel Markos Madera qırmızı vərəqə ilə cəzalandırılıb. Turun digər oyunları sentyabrın 23-də və 24-də keçiriləcək. |
|
Xəbər 568 dəfə oxundu. |
|
|