Azərbaycan Premyer Liqasında IV tura iki oyunla start verilib | |
Azərbaycan Premyer Liqasında IV tura sentyabrın 9-da keçirilmiş iki oyunla start verilib. Turun açılış oyununda "İnter" və "Kəpəz" komandaları üz-üzə gəlib. "İnter Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "İnter" ardıcıl 2-ci qələbəsini qazanıb. "Kəpəz" isə 3-cü məğlubiyyətinin acısını yaşayıb. Günün digər oyununda "Qəbələ" "Zirə"ni sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da hər iki komanda çempionatda ilk heç-heçəsini edib. "Zirə" isə ilk dəfə xal itirib. Tura bu gün keçiriləcək "Sumqayıt" - "Neftçi" matçı ilə yekun vurulacaq. "Qarabağ"ın "Səbail"lə görüşü isə təxirə salınıb. |
|
Xəbər 960 dəfə oxundu. |
|
|