Bu gün qadın basketbolçular arasında Avropa çempionatının qalibi məlum olacaq | |
Bu gün qadın basketbolçular arasında Avropa çempionatının final qarşılaşması keçiriləcək. Çexiyada keçirilən çempionatda qızıl medallar uğrunda görüşdə Fransa və İspaniya yığma komandaları üz-üzə gələcəklər. Üçüncü yer uğrunda qarşılaşma isə Belçika və Yunanıstan milliləri arasında oynanılacaq. Üçüncü yer uğrunda görüş Bakı vaxtı ilə saat 20-də, final matçı isə saat 22:30-da başlayacaq. İspaniya finala gedən yolda Belçikaya (68:52), Fransa isə Yunanıstana (77:55) qalib gəlib. |
|
Xəbər 1402 dəfə oxundu. |
|
|