FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb | |
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rusenborq” (Norveç) – “Dundalk” (İrlandiya) oyununa təyinat olub. Ə.Ağayevə FIFA referi köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov yardım edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Həmin oyun iyulun 18-də və ya 19-da keçiriləcək. |
|
Xəbər 585 dəfə oxundu. |
|
|