Kişi voleybolçulardan ibarət millimiz Almaniya yığması ilə üz-üzə gəlib
Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Fransanın Lion şəhərində dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

Voleybolçularımız ikinci oyunda Almaniya yığması ilə üz-üzə gəliblər.

Xorvatiyalı baş hakim Milan Raykoviçin idarə etdiyi oyunda Almaniya millisi 3:0 hesablı qələbə qazanıb.

Millimiz ilk oyununda Türkiyə yığması ilə qarşılaşıb və rəqibə 0:3 hesabı ilə məğlub olub.

Reqlamentə əsasən yalnız qrup qalibləri mərhələ adlayacaqlar. İkinci yerin sahibləri isə pley-off-da üz-üzə gələcəklər.

Qeyd edək ki, 2018-ci ildə kişi voleybol komandaları arasında dünya çempionatına İtaliya və Bolqarıstan birgə ev sahibliyi edəcək.

Xəbər 641 dəfə oxundu.