Kişi basketbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin oyunlarının vaxtı məlum olub | |
Kişi basketbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin oyunlarının vaxtı məlum olub. Həlledici görüşlər aprelin 1-də başlayacaq. Əvvəlcə bürünc medallar uğrunda mübarizə aparan “Marşallar” və “Dərviş” komandaları qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq. Saat 15:30-da isə final görüşündə “NTD” və “80-lər” basketbol klubları qarşılaşacaq. Oyunlar “The Club Port Baku”nun basketbol arenasında keçiriləcək. Qeyd edək ki, aprelin 2-də isə uşaq-yeniyetmə basketbol liqasının növbəti turunun oyunları təşkil olunacaq. |
|
Xəbər 1205 dəfə oxundu. |
|
|