Binəqədi rayonunda 5 Mart - “Bədən tərbiyəsi və idman günü” münasibətilə “Futbol” turniri keçirildi | |
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 03 mart 2017-ci il tarixdə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində 5 Mart - “Bədən tərbiyəsi və idman günü” münasibətilə yeniyetmələr arasında “Futbol” turniri keçirilmişdir. Turnirdə 8 komanda iştirak etmişdir. Yarışın nəticəsinə görə I yeri “Vətən” komandası, II yeri “Şirvansaray” komandası, III yeri “Vətən 1” komandası tutmuşdur. Mükafatlandırma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov və “Vətən” RİOEUGFM-in tədris hissə müdiri Arif Həsənov çıxış edərək qalib komandaları təbrik etmişlər. Qaliblər İdarə tərəfindən diplom, medal və kubokla təltif olunmuşlar |
|
Xəbər 1069 dəfə oxundu. |
|
|