“Fənərbaxça-Azərreyl” matçının hakimləri müəyyənləşib | |
Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan Azərbaycan təmsilçisi “Azərreyl”in ikinci turdakı oyununun hakim təyinatları açıqlanıb. Komandamızın yanvarın 11-də Türkiyənin “Fənərbaxça” klubu ilə keçirəcəyi səfər qarşılaşmasının baş hakimi bolqarıstanlı İvaylo İvanov olacaq. Ona italiyalı Simone Santi kömək edəcək. “Fənərbaxça-Azərreyl” matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. |
|
Xəbər 670 dəfə oxundu. |
|
|