Azərbaycanlı hakim CEV tərəfindən yeni təyinat alıb | |
Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. Eldar Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində keçiriləcək “Vakıfbank” (Türkiyə) - “Drezdner” (Almaniya) oyununun baş hakimi olacaq. Gələn il yanvarın 25-də İstanbulda təşkil olunacaq oyunda E.Əliyevə fransalı Lyuk Kvest kömək edəcək. |
|
Xəbər 667 dəfə oxundu. |
|
|