Tayfun Qorqud: «Yeganə qolumu Azərbaycan millisinə vurmuşam»
Türkiyə yığmasının sabiq futbolçusu Tayfun Qorqud «ay-ulduzlular»ımızla oyunu xatırlayıb. İdman.com.az saytının məlumatına görə, bu yaxınlarda baş məşqçi Abdullah Ovçunun köməkçisi təyin olunan 38 yaşlı keçmiş yarımmüdafiəçinin karyerasında milli komandamız xüsusi yer tutur.

Belə ki, Tayfun 42 oyun keçirdiyi yığmada yeganə qolunu məhz millimizə vurub. O, özü də bu qolu hələ də unuda bilmədiyini açıqlayıb: “Milli komandada cəmi 1 qol vurmuşam, onu da Azərbaycana. Bu, dünya çempionatı-2002-nin seçmə mərhələsinin İstanbulda 3:0 hesabı ilə qalib gəldiyimiz matç idi. Həmin oyunda hesabı mən açmışdım”.

Qeyd edək ki, Tayfun futbolçu karyerası ərzində Almaniyada “Ştutqart Kikkers”, Türkiyədə “Fənərbağça”, “Beşikdaş”, “Gənclərbirliyi”, İspaniyada “Espanyol” və “Real Sosyedad”ın şərəfini qoruyub.

Xəbər 1141 dəfə oxundu.