Çarli Maddok: Karyeramın ən böyük nailiyyətini Azərbaycanda qazanmışam | |
Bakıda keçirilən Qran-pri turnirində 49 kiloqram çəki dərəcəsində qızıl medal qazandım. Finalda koreyalı idmançı ilə döyüşüm gərgin keçsə də, qəlib gəlməyi bacardım. Bunu müsahibəsində taekvondo üzrə Bakı Qran-prisinin qızıl medalçısı, İngiltərə millisinin qadın üzvü Çarli Maddok deyib. Gənc taekvandoçu döyüşlərinin asan keçmədiyini bildirib: “Hər döyüşün öz çətinliyi var. Rəqiblərimin hamısını məğlub etdiyimə görə sevinirəm. Ən çətin görüşüm final qarşılaşması oldu. Həlledici döyüşdə koreyalı olimpiya çempionu ilə üz-üzə gəldim. Döyüşün sonuna az qalmış hesabda geridə idim. Qələbə zərbəsini rəqibin başına son 10 saniyədə endirə bildim. Zərbəm 4 xalla qiymətləndirildi və fərxi kürsünün ən yüksək zirvəsinə qalxdım”. Britaniyalı idmançı “Bakı-2015” Avropa Oyunlarında da qızıl medal qazandığını xüsusi vurğulayıb: “Karyeramın ən böyük nailiyyətini Azərbaycanda qazanmışam. İdman ölkəsi olan Azərbaycan mötəbər yarışlara çox yüksək səviyyədə ev sahibliyi edir. Bakı çox gözəldir və inkişafı göz qabağındadır. Buradakı təşkilatçılıq və ab-hava çox xoşuma gəlir. Ölkənizin bu sahədə böyük təcrübəsi var”, - deyə Ç. Maddok əlavə edib. AZƏRTAC |
|
Xəbər 690 dəfə oxundu. |
|
|