Daha bir həmyerlimiz MMA üzrə dünya çempionu olub
Ukraynanın Xarkov şəhərində qaydasız döyüş növləri (MMA) üzrə dünya çempionatı keçirilib.

Turnirdə Azərbaycan idmançıları uğurla çıxış ediblər. Belə ki, idmançılarımız Hüseyn Əliyev (77 kq) və Bəxtiyar Abbasovun (90 kq) ardından Şahin Ramazanov (70 kq) da MMA üzrə dünya çempionu tituluna yiyələnib.

Xəbər 763 dəfə oxundu.