“Bakı” klubunun gənc basketbolçuları Gürcüstan birinciliyində ilk qələbələrini qazanıblar | |
Gürcüstanda 18 yaşadək basketbolçular arasında ölkə birinciliyinə start verilib. Çempionatda iştirak edən Azərbaycanın “Bakı” klubu ilk oyununu “Akademiya” kollektivinə qarşı keçirib. Görüş rəqib komandanın 76:56 hesablı qələbəsi ilə yekunlaşıb. Samit Nuruzadənin yetirmələri ikinci turda “Dinamo” ilə qarşılaşıblar. Bu oyunda isə “Bakı” komandası qələbə qazanıb – 65:51. Paytaxt klubunun heyətində Şirzad Şirzadov 20 xalla qarşılaşmanın ən məhsuldar basketbolçusu olub. |
|
Xəbər 1243 dəfə oxundu. |
|
|