Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlindəki mövqeyini qoruyub | |
FIFA futzal üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Hesabında 1435 xal olan Azərbaycan millisi 10-cu pillədəki mövqeyini qoruyub. “Avro-2018”in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Macarıstan 30-cu, Bosniya və Herseqovina yığması isə 38-ci pillədə yer alıb. Reytinq cədvəlinə 1916 xalla Braziliya millisi liderlik edir. İspaniya 1891 xalla ikinci, Rusiya komandası isə 1758 xalla üçüncüdür. |
|
Xəbər 765 dəfə oxundu. |
|
|