Azərbaycan klublarının Çempionlar Liqasının qrup mərhələsində rəqiblərini qəbul edəcəyi məkanlar müəyyənləşib | |
Bakının qadınlardan ibarət “Azərreyl” və “Telekom” voleybol klublarının Çempionlar Liqasının qrup mərhələsində rəqiblərini qəbul edəcəyi məkanlar müəyyənləşib. “Azərreyl” ev oyunlarını Azərbaycan Voleybol Mərkəzində keçirəcək. Təmsilçimizin doğma meydanda keçirəcəyi hər 3 görüşü saat 18:00-da başlayacaq. “Telekom” isə yerli azarkeşlər önündə saat 17:00-da oynayacaq. Görüşlər “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq. |
|
Xəbər 897 dəfə oxundu. |
|
|