Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb | |
Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb. O, futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinin “C” qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq. Bu qrupda İspaniyanın “İnter FS”, Çexiyanın “FK EP Chrudim”, Serbiyanın “KMF Ekonomac” və Sloveniyanın “SD Brezje Maribor” komandaları yer alıb. Oyunlar noyabrın 23-dən 26-dək Sloveniyanın Maribor şəhərindəki Dvorana Tabor arenasında keçiriləcək. |
|
Xəbər 827 dəfə oxundu. |
|
|