Filipp Lam karyerasını bitirmək barədə düşünür | |
“Bavariya”nın kapitanı Filipp Lam gözlənilməz açıqlama verib. Futbolçu karyerasını artıq bitirmək barədə düşünür. 33 yaşlı sağ cinah müdafiəçisi cari mövsümün sonunda futboldan gedə biləcəyini istisna etməyib: “Bir il öncə bu barədə demişdim və hələ ki, fikrimi dəyişməmişəm. Yekun qərarım isə komandanın çıxışından və öz sağlamlığımdan asılı olacaq. “Bavariya” ilə müqavilə müddətim 2018-ci ilə qədərdi. Bu üzdən hadisələri qabaqlamaq istəmirəm”. |
|
Xəbər 763 dəfə oxundu. |
|
|