Azərbaycan döyüşçüsü peşəkar rinqdə növbəti qələbəsini qazanıb | |
Azərbaycanın və “Qəbələ” idman klubunun üzvü Alim Nəbiyev növbəti döyüşünü keçirib. Təmsilçimiz Rusiyada təşkil olunan kikboksinq üzrə peşəkarlar arasında “Steel Fights-4” turnirində qüvvəsini sınayıb. A.Nəbiyev İvanovo şəhərində keçirilən K-1 növü üzrə gecənin əsas döyüşündə rinqə çıxıb. O, bu növ üzrə Avropa çempionu, italiyalı Françesko Palermo ilə üz-üzə gəlib. Qitə çempionu A.Nəbiyevin qarşısında aciz qalıb. Belə ki, idmançımız artıq ikinci raundda nokautla qalib gəlib. |
|
Xəbər 571 dəfə oxundu. |
|
|