Azərbaycan üzgüçüsü XV Yay Paralimpiya Oyunlarının finalında yarışı 7-ci yerdə başa vurub | |
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının beşinci günündə finala yüksələn Azərbaycan üzgüçüsü Roman Saley yarışı 7-ci yerdə başa vurub. 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edən Azərbaycan atleti Roman Saley finalda məsafəni 4:19,34 saniyəyə qət edərək yeddinci olub. Xatırladaq ki, R.Saley üzgüçülüyün batterflay növündə 100 metr məsafəyə üzmə yarışlarında dördüncü olmuşdu. |
|
Xəbər 1318 dəfə oxundu. |
|
|