“Qəbələ” növbəti oyununa çıxacaq | |
Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Azərbaycanı bu turnirdə təmsil edən “Qəbələ” də növbəti oyununa çıxacaq. Roman Qriqorçukun komandası Sloveniyada “Maribor”un qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanan təmsilçimiz cavab oyununu da münasib nəticə ilə başa vurmaq və qrup mərhələsinə vəsiqə qazanmaq istəyir. Avropa Liqası Pley-off mərhələsinin cavab oyunu 25 avqust 22:15. "Maribor" - "Qəbələ" (İlk oyun - 1:3) Hakimlər: Viktor Kaşşai, Georgi Rinq, Vençel Tot, Tamaş Boqnar (hamısı Macarıstan). Maribor. "Lyusdki Vrt". |
|
Xəbər 645 dəfə oxundu. |
|
|