Braziliyalı Ronaldo Madridin “Real” klubuna qayıdıb | |
Məşhur braziliyalı hücumçu Ronaldo Luis Nazario keçmiş komandasına - Madridin “Real” klubuna qayıdıb. Ronaldo “Real” klubunda prezident Florentino Perezin məsləhətçisi təyin olunub. Xatırladaq ki, Ronaldo Luis Nazario “Real” komandasına 2002-ci ildə İtaliyanın “İnter” klubundan transfer olunmuşdu. Bu klubda 5 mövsüm keçirən hücumçu ümumilikdə La-liqada çıxış etdiyi 177 oyunda rəqib qapılarından 104 top keçirib. Fenomen ləqəbli forvard mütəxəssislər tərəfindən futbol tarixinin ən güclü oyunçularından biri hesab olunur. |
|
Xəbər 821 dəfə oxundu. |
|
|