Kamran Şahsuvarlı: Nəticəmdən razıyam - MÜSAHİBƏ | |
Rio rinqində ilk medal qazanan idmançımız Kamran Şahsuvarlı yarımfinal döyüşündən dərhal sonra öz fikirlərini “İdman” qəzeti ilə bölüşdü: - Əslində, hər birimiz gördük ki, rəqib çox güclü idi. Mübarizə də həqiqətən gərgin keçdi. Özün nə hiss etdin? - Həqiqətən də indiki dövrdə mənim çəkimdə ən güclü boksçu o sayılır. Məndə bir az alınmadı. Mən ona istədiyim kimi yaxınlaşa bilmirdim. Ona görə zərbələri keçirdi. - Əvvəldən rəqibi öyrənmişdin? - Bəli. - Onun taktikalarını yəqin öyrənmişdin. Onu öyrənən zaman sən müdafiəyə üstünlük verirdin, yoxsa hücuma? - Birinci müdafiə olunmalısan ki, zərbə almayasan. Əsas müdafiəyə fikir verirdim. - Hakim sonda rəqibin əlini qaldırana qədər yəqin ümidin var idi qalib olarsan. Çünki döyüş rəqibin tam üstünlüyü ilə keçmirdi, bərabər səviyyədə keçirdi. Axıra qədər inanırdın qalib ola bilərsən? - Döyüşə çıxana qədər, hətta birinci raundun sonuna qədər inanırdım, ancaq sonra məşqçılər deyəndə ki uduzursan, onda bir az inamım azaldı. - Bəlkə məşqçilərin deməsinə görə inamın itdi. - Yox. Onu onsuz da həmişə raundlardan sonra deyirlər udursan, ya uduzursan. Uduzursansa bir az çox işləyirsən. Ona görə də üçüncü raundda daha çox işlədim. - Boks komandamızda ilk medal qazanan sənsən. Sabahsa Lorenso Sotomayor rinqə çıxır. Sən onun döyüşü barədə nə fikirləşirsən. - Lorensoya uğurlar arzulayıram. Mən üçüncü yer tutmuşamsa, o, birinci yeri tutmalıdır. - Lisenziyanı son anda qazanan və bürünc medal qazanan Kamran Şahsuvarlı öz nəticəsindən razıdırmı? Bəli razıyam. Söhbətləşdi: Qabil Mehdiyev Rio de Janeyro |
|
Xəbər 2215 dəfə oxundu. |
|
|