Premyer Liqada yeni mövsüm başlayır | |
Bu gün Azərbaycan Premyer Liqasında 2016/2017-ci illər mövsümü start götürür. İlk turun ilk oyun günündə iki görüş baş tutacaq. Meydana öncə iki paytaxt klubu - AZAL və "Neftçi" çıxacaq. Günün digər görüşündə isə "Zirə" ilə "Sumqayıt" qarşılaşacaq. Azərbaycan Premyer Liqası 1-ci tur 6 avqust (şənbə) 18:00. AZAL - “Neftçi” Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov. Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə. Şüvəlan. "AZAL Arena". 20:00. “Zirə” - “Sumqayıt” Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov. Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev. Zirə İdman Kompleksinin stadionu. Turun digər oyunları: 7 avqust (“İnter” – “Qarabağ”), 8 avqust (“Qəbələ” – “Kəpəz”). |
|
Xəbər 668 dəfə oxundu. |
|
|